Bakıda 2 marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 2 marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib

10:57 - 02 / 08 / 2024
Bakıda 2 marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib

Bakıda 199 və M8 nömrəli müntəzəm avtobus marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib.

Bu barədə 1news.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, buna səbəb paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar 2-5 avqust tarixlərində Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində (Təbriz küçəsi ilə kəsişmədən Fətəlixan Xoyski küçəsinədək) nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulmasıdır.

Tətbiq edilən məhdudiyyətlə əlaqədar sözügedən müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Ceyhun Hacıbəyli küçəsi və Vaqif prospekti ilə təşkil edilib.

Paylaş:
235

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər