Naxçıvanda özünü polis əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Naxçıvanda özünü polis əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb

12:59 - 03 / 08 / 2024
Naxçıvanda özünü polis əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb

Daxil olan şikayət əsasında həyata keçirilən tədbirlərlə özünü polis əməkdaşı kimi təqdim edən Babək rayon sakini Maqsudov Məhəmməd saxlanılıb.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, araşdırmalarla onun özünü Şahin adlı polis əməkdaşı kimi təqdim edərək müxtəlif qeyri-qanuni hərəkətlərə yol verdiyi müəyyən edilib.

M.Maqsudovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə 102 Xidməti - Zəng Mərkəzinə, habelə Naxçıvan MR Daxili İşlər Nazirliyinin (+036 545-08-03 , 545-28-96) telefon nömrələrinə məlumat verə bilərlər.

Paylaş:
292

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər