Şəhid atası əməliyyat olundu | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəhid atası əməliyyat olundu

Qafar Ağayev12:11 - 05 / 08 / 2024
Şəhid atası əməliyyat olundu

“YAŞAT” Fondu tərəfindən müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə işlər davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, şəhid Vüqar Əvəzovun atası Məmmədağa Əvəzova həkimlər tərəfindən təyin olunan diaqnoz əsasında pnevmoretinopeksiya əməliyyatı icra edilib. Əməliyyatın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığorta üzrə xidmətlər zərfində yer almayan hissəsi “YAŞAT” Fondu tərəfindən ödənilib.

“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının Hesabatlar (//yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək mümkündür.

Paylaş:
265

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər