Azərbaycanda nəqliyyat sahəsi üzrə yeni dövlət standartları qəbul edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda nəqliyyat sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

Qafar Ağayev14:49 - 06 / 08 / 2024
Azərbaycanda nəqliyyat sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTANDART) nəqliyyat sahəsi üzrə yeni dövlət standartlarını qəbul edib.

1news.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bunlar TS 9826 “Şehiriçi yollar – Bisiklet yolları” türk standartının əsasında AZS 951:2024 (TS 9826:2013) – “Şəhərdaxili yollar – Velosiped yolları”, TS 9827 “Şehiriçi yollar – Yaya korkulukları, yol kenarı için (metal) yer seçimi ve tasarım kuralları” standartının əsasında AZS 952:2024 (TS 9826:1992) – “Şəhərdaxili yollar – Yolkənarı piyada məhəccərləri (metal) – Yer seçimi və layihələndirmə qaydaları”, TS 11782 “Şehiriçi yollar – Bisiklet park tesisleri tasarım kuralları” standartının əsasında AZS 953:2024 (TS 11782:2013) – “Şəhərdaxili yollar – Velosiped parklanma yerlərinin layihələndirilməsi qaydaları”, TS 11782 “Şehiriçi yollar – Otobüs durakları yer seçimi kuralları” türk standartının əsasında AZS 954:2024 (TS 11783:2024) – “Şəhərdaxili yollar – Avtobus dayanacaq məntəqələri nöqtələrinin seçilməsi qaydaları” və ГОСТ Р 52605-2006 “Технические средства организации дорожного движения. Искусственные неровности. Общие технические требования. Правила применения” Rusiya Federasiyası standartının əsasında AZS 955:2024 (ГОСТ Р 52605-2006) – “Yol hərəkətinin təşkilinin texniki vasitələri. Süni maneələr. Ümumi texniki tələblər. Tətbiq qaydaları” dövlət standartlarıdır.

Beynəlxalq təcrübə və yerli tələblər nəzərə alınaraq hazırlanmış yeni dövlət standartlarının tətbiqi yol infrastrukturunun davamlı və effektiv idarə olunmasına, eləcə də şəhər daxilində təhlükəsiz və nizamlı hərəkət mühitinin formalaşmasına şərait yaradacaq.

Sözügedən dövlət standartları “Nəqliyyat və nəqliyyat infrastrukturu” (AZSTAND/TK 43) standartlaşdırma üzrə Texniki Komitədə müzakirəyə çıxarılıb və İnstitut onları qəbul edərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.

Paylaş:
164

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər