Eldar Əzizov Binəqədidə müşavirə keçirdi, xidmətlərin işi ciddi tənqid edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Eldar Əzizov Binəqədidə müşavirə keçirdi, xidmətlərin işi ciddi tənqid edildi

Qafar Ağayev10:30 - 06 / 08 / 2024
Eldar Əzizov Binəqədidə müşavirə keçirdi, xidmətlərin işi ciddi tənqid edildi

Son vaxtlarda paytaxtda sanitar-təmizlik məsələlərinin vəziyyəti ilə bağlı ən problemli ərazilərdən biri Binəqədi rayonudur.

Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, Rayonda santar-təmizlik məsələləri istiqamətində problemlərin aradan qaldırılması və Bakı şəhərində həyata keçirilən bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinə rayonun qoşulması ilə bağlı Binəqədi RİH-də Bakı Şəhər və Binəqədi Rayon İcra Hakimiyyətlərinin rəhbərliyi, rayonun kommunal və təsərrüfat xidmətlərinin, bələdiyyələrin rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirilib.

Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxtda 5 il ərzində həyata keçirilən layihə barədə danışaraq bildirib ki, ölkə başçısının diqqət və qayğısı nəticəsində son illərdə kommunal xidmətlərin maddi-texniki bazası möhkəmlənib. Vurğulandı ki, cənab Prezidentin həyata keçirdiyi siyasət sayəsində əhalinin həyat səviyyəsi artıb və bununla əlaqədar insanlar öz şəhərlərinə daha çox qayğı ilə yanaşırlar. Nəticədə bu gün Bakı şəhərinin təmizlıyi göz oxşayır.

Qeyd edilib ki, hazırda Binəqədi rayonunda RİH başçısı tərəfindən həyata keçirilən abadlıq və təmizliklə bağlı müsbət işlər, pozitiv dəyişikliklər müşahidə edilsə də, ümumilikdə sanitar-təmizlik məsələləri hələ də aşağı səviyyədə qalmaqdadır. Bununla əlaqədar rayon rəhbərliyi və kommunal xidmətlərin işi ciddi tənqid olunub. Rayonda müşahidə olunan problemləri nəzərə alaraq bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinin Binəqədi rayonu ərazisində keçirilməsi qərara alınıb.

Müşavirədə rayonun qəsəbə və İnzibati Ərazi Dairəsi üzrə nümayəndələrinin hesabatları dinlənilib, onlara ciddi xəbərdarlıq edilib və cavabdeh ərazidə problemlərin aradan qaldırılması ilə bağlı konkret vaxt verilib.

Qeyd edilib ki, son illərdə kommunal sahədə həyata keçirilən tədbirlər nəticəsində paytaxtımız Bakı şəhəri çox təmiz və abad şəhərə çevrilib və bu layihə paytaxtın 8 rayonunda davam etdirilir. Yaxın günlərdə sözügedən layihənin icrasına Binəqədi rayonundada start veriləcək. Binəqədi rayonunda maarifləndirmə işlərində digər rayonlarda olduğu kimi “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri də iştirak edəcəklər.

Paylaş:
381

Son xəbərlər

Azərbaycanın daha bir idmançısı V Dünya Köçəri Oyunlarında fəxri kürsüyə qalxıb09 / 09 / 2024, 17:50TDT Ədliyyə Nazirləri Şurasının 2-ci iclası gələn il Azərbaycanda keçiriləcək09 / 09 / 2024, 17:37Bu yay Şahdağda 2 dəfə qar yağması qeydə alınıb09 / 09 / 2024, 17:12HHQ-də növbəti buraxılış mərasimi keçirilib09 / 09 / 2024, 17:10Azərbaycanda 8 ayda verilən güzəştli kreditlərin məbləği açıqladı09 / 09 / 2024, 16:57Məhkəmə 4 yaşlı uşağı öldürüb quyuya atan şəxslə bağlı qərar verib09 / 09 / 2024, 16:37Qazaxıstan Prezidenti İlham Əliyevə zəng edib09 / 09 / 2024, 16:36“Qarşıdakı günlərdə şikayətlərin araşdırma nəticələri MSK-nın iclasında müzakirəyə çıxarılacaq”09 / 09 / 2024, 16:28Azərbaycanın xüsusi təyinatlıları Qazaxıstanda çoxmillətli birgə təlimdə iştirak edir09 / 09 / 2024, 15:55Bakıda COP29-a hazırlıq çərçivəsində 11-ci Texniki Ekspert Dialoqu keçirilir09 / 09 / 2024, 15:27Birbank taksit kartı sahiblərinə “Trendyol”da 6 aylıq faizsiz taksit imkanı09 / 09 / 2024, 15:22Utandırıcı birincilik – Selektiv abortların qarşısı necə alınmalıdır?09 / 09 / 2024, 15:14ABB-də bank xidmətlərindən rəqəmsal şəxsiyyət vəsiqəsi ilə istifadə etmək olar09 / 09 / 2024, 15:08Nəbi Xəzrinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM09 / 09 / 2024, 14:58Səhiyyə Nazirliyindən əhaliyə qrip əleyhinə vaksinasiya ilə bağlı XƏBƏRDARLIQ09 / 09 / 2024, 14:49Bu gün Xalq artisti Habil Əliyevin anım günüdür09 / 09 / 2024, 14:38Azərbaycan XİN Tacikistanı Milli Günü münasibətilə təbrik edib09 / 09 / 2024, 14:14“Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfrans keçirilib09 / 09 / 2024, 14:07Sumqayıtda avtotəmir sexində başlayan yanğın söndürülüb09 / 09 / 2024, 13:50Sumqayıtda İran vətəndaşının kuryerliyə cəlb etdiyi şəxsdən 50 kiloqram narkotik aşkarlanıb09 / 09 / 2024, 13:38
Bütün xəbərlər