Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Diaspor Gənclərinin V Yay Düşərgəsində iştirak edib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Diaspor Gənclərinin V Yay Düşərgəsində iştirak edib - FOTO

Qafar Ağayev17:30 - 07 / 08 / 2024
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Diaspor Gənclərinin V Yay Düşərgəsində iştirak edib - FOTO

Laçın rayonunda təşkil olunan “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsi çərçivəsində keçirilən növbəti panel müzakirə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinə həsr olunub.

1news.az xəbər verir ki, Panel Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyevin moderatorluğu, Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimovun, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyevin, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin rəsmisi Hüseyn Quliyevin iştirakı ilə keçirilib.

Əsas müzakirə mövzuları Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında son 4 il ərzində görülmüş işlər və işğal müddətində erməni terroru nəticəsində maddi obyektlərə, tarixi abidələrə dəyən zərərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan diasporunun roluna həsr olunub.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev düşərgə iştirakçılarına Fondun fəaliyyəti və maliyyə dəstəyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələr və görülən işlərlə bağlı geniş məlumat verib.

İdarə Heyətinin sədri çıxışı zamanı işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə bərpa-quruculuq və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi istiqamətində Fondun fəaliyyətindən də söhbət açıb.

İşğaldan azad edilmiş ərazilərin bərpasında xarici ölkələrdə yaşayan soydaşlarımızın da üzərinə mühüm vəzifələrin düşdüyünü deyən Rəhman Hacıyev bu baxımdan Diaspor Gənclərinin V Yay Düşərgəsinin böyük əhəmiyyətə malik olduğunu söyləyib:

“Bildiyiniz kimi, 30 ilə yaxın davam edən işğal dövründə Qarabağa çox ciddi ziyan dəyib, yalnız yaşayış məntəqələrimiz deyil, tarixi və dini abidələrimiz də dağıdılıb, eləcə də bu gözəl diyarın ətraf mühitinə yaralar vurulub. Azərbaycan diasporu Qarabağın bərpasına müxtəlif yollarla ciddi töhfə verə və bərpa-quruculuq işlərini dəstəkləyə bilər.

Bu gün burada iştirak edən gənclərin bir hissəsi sabahın iş adamları, biznesmenləridir. Onlar Qarabağa investisiya yatırmaqla bu gözəl diyarın bərpasında və inkişafında əhəmiyyətli rol oynaya bilərlər. Digər tərəfdən Qarabağ Dirçəliş Fondu vasitəsilə istənilən məbləğdə, həcmdə ianə etməklə də bərpa və quruculuq prosesini dəstəkləmək mümkündür”.

Rəhman Hacıyev Qarabağda gedən proseslərin, bərpa və quruculuq işlərinin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan diasporunun fəal rol oynaya biləcəyini də xüsusi vurğulayıb.

Çıxışlardan sonra tədbir işğal müddətində erməni terroru nəticəsində maddi obyektlərə, tarixi abidələrə dəyən zərərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan diasporunun rolu və digər mövzularda müzakirələrlə davam edib.

Sonda Qarabağda icrası davam edən bərpa-quruculuq işləri ilə bağlı videoçarx nümayiş olunub.

Paylaş:
126

Son xəbərlər

Siyasi partiyalarla əlaqədar Ədliyyə Nazirliyinin Əsasnaməsində dəyişiklik edilib07 / 09 / 2024, 18:19Şirvanda qəza olub, iki nəfər yaralanıb07 / 09 / 2024, 17:54Qəzzada ölənlərin sayı 41 minə çatır07 / 09 / 2024, 17:26Masallıda 13 yaşlı sərnişin yol qəzasında ölüb07 / 09 / 2024, 16:58Səbaildə saxlanılan şəxslərdən 2 kq heroin aşkarlanıb07 / 09 / 2024, 16:32Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib07 / 09 / 2024, 16:27Azərbaycan Ordusunda maddi-texniki təminat üzrə toplanış keçirilib07 / 09 / 2024, 15:59Azərbaycanda dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək07 / 09 / 2024, 15:38Mehriban Əliyeva Paralimpiya çempionu Orxan Aslanovu təbrik edib07 / 09 / 2024, 15:0527 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb07 / 09 / 2024, 14:44Arvadını təhdid edən kişi 15 sutkalıq həbs edildi07 / 09 / 2024, 14:22FHN: Ötən sutka ərzində 13 nəfər xilas edilib07 / 09 / 2024, 13:47Mehriban Əliyeva Azərbaycanın Paralimpiya çempionu Lamiyə Vəliyevanı təbrik edib07 / 09 / 2024, 13:26Azərbaycanın amfibiya təyyarəsi İzmir-Berqama istiqamətində meşə yanğınlarına cəlb olunub07 / 09 / 2024, 12:59Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri07 / 09 / 2024, 12:43Dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb07 / 09 / 2024, 12:30Azərbaycan Prezidenti: Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk07 / 09 / 2024, 12:21Azərbaycan nefti ucuzlaşıb07 / 09 / 2024, 12:05İlham Əliyev Braziliya liderini təbrik edib07 / 09 / 2024, 12:01Sabahın hava proqnozu07 / 09 / 2024, 11:41
Bütün xəbərlər