Tanınmış türkiyəli aktrisa Bakıda monotamaşa ilə çıxış edəcək
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, “Caspian Media Group”un təşkilatçılığı ilə Türkiyənin məşhur kino və teatr aktrisası Sumru Yavrucuk “Şerli Valentin” monotamaşası ilə Bakıda çıxış edəcək.
1news.az xəbər verir ki, səhnə əsəri 5-6 oktyabr tarixlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında nümayiş olunacaq.
İkipərdəli monotamaşada gündəlik həyatın cansıxıcılığında itib-batan Şerli Valentinin hekayəsi diqqət mərkəzinə çəkilir. O özünü yenidən kəşf edir və həyat yolunda ayaqları üstə möhkəm dayanmağa başlayır...
Tamaşanın rejissoru teatr sahəsi üzrə bir sıra mükafatların laureatı olan Sumru Yavrucukun özüdür. O həm də tamaşadakı bütün obrazları canlandırır.
Qeyd edək ki, S.Yavrucuk “Yabancı damat” serialındakı obrazı ilə məşhurlaşıb. Daha sonra “Fatmagülün suçu nə?”, “Şahanə həyatım”, “Evlilik haqqında hər şey” kimi seriallarda da unudulmaz obrazlar canlandırıb.