Bakıda 100 min manata yaxın dələduzluq etməkdə şübhəli bilinən qadın saxlanılıb
Bakıda dələduzluqda şübhəli bilinən qadın saxlanılıb.
Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, cari il iyun-iyul aylarında paytaxt sakini olan bir nəfərin aldadılaraq 98930 manatının ələ keçirilməsi barədə polisə məlumat daxil olub:
"Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən əvvəllər dələduzluq cinayətinə görə məhkum olunmuş Ruhiyyə Ramazanova müəyyən olunaraq saxlanılıb.
Saxlanılan şəxslə bağlı aparılan araşdırmalarla onun Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib", - deyə məlumatda qeyd edilib.
Hazırda araşdırmalar davam etdirilir.
184