Erkən Xəbərdarlıq Sisteminə töhfə: Maştağa aerostansiyasında aeroloji müşahidələr bərpa edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Erkən Xəbərdarlıq Sisteminə töhfə: Maştağa aerostansiyasında aeroloji müşahidələr bərpa edilib

Qafar Ağayev16:37 - 09 / 08 / 2024
Erkən Xəbərdarlıq Sisteminə töhfə: Maştağa aerostansiyasında aeroloji müşahidələr bərpa edilib

Milli Hidrometeorologiya Xidmətinin Maştağa qəsəbəsində yerləşən aeroloji stansiyasında müşahidələr bərpa edilib və ilk radiozond hava şarı buraxılıb.

1news.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov açıqlama verib.

O qeyd edib ki, Erkən Xəbərdarlıq Sisteminin əsas tərkib hissələrindən biri olan aeroloji müşahidələr zamanı havaya buraxılan radiozond 30 km-dən artıq yüksəkliyədək və 200 km radiusda mütəmadi olaraq meteoroloji göstəriciləri-temperaturu, rütubəti, küləyin parametrlərini, atmosfer təzyiqini öyrənmək imkanı verəcək, bu da öz növbəsində əhaliyə təqdim olunan hidrometeoroloji proqnoz və xəbərdarlıqların dəqiqliyini daha da artıracaq. Radiozond atmosfer təbəqələrinə qalxdıqca müxtəlif hündürlüklərdə ölçülmüş meteoroloji elementləri radiosiqnallar vasitəsilə serverə ötürəcək.

“Aeroloji müşahidələr hava proqnozlarının tərtib edilməsində mühüm əhəmiyyət kəsb edəcək və bu müşahidə sisteminin bərpası ölkəmizdə hidrometeorologiya sahəsinin inkişafına töhfə verəcək”.

Xidmət rəisinin sözlərinə görə dövlət investisiya layihəsi çərçivəsində bərpa edilən aeroloji müşahidə məlumatları vasitəsilə ölkəmizin beynəlxalq hava proqnozu yayımının tərkib hissəsi olaraq Qlobal Erkən Xəbərdarlıq Sisteminə inteqrasiyası davam edəcək. Yeni stansiyanın fəaliyyətə başlaması, eyni zamanda, Azərbaycanda iqlim dəyişmələrinə uyğunlaşma sahəsində həyata keçirilən mərhələli tədbirlərin tərkib hissəsi kimi qiymətləndirilir.

“Yaxın gələcəkdə ölkəmizdə Erkən Xəbərdarlıq Sisteminin inkişaf etdirilməsi istiqamətində işlər davam etdiriləcək”.

Paylaş:
198

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər