Məzahir Pənahov MSK-nın Müstəqil Media Mərkəzinə baxış keçirib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Məzahir Pənahov MSK-nın Müstəqil Media Mərkəzinə baxış keçirib - FOTO

Qafar Ağayev10:13 - 09 / 08 / 2024
Məzahir Pənahov MSK-nın Müstəqil Media Mərkəzinə baxış keçirib - FOTO

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun Müstəqil Media Mərkəzinə baxış keçirib.

1news.az xəbər verir ki, sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar mərkəzdəki şəraitlə yaxından tanış olan sədr Müstəqil Media Mərkəzinin yaradılmasının uzun illərdir mütəmadi şəkildə reallaşdırılan və effektivliyi ilə öz təsdiqini tapmış uğurlu təcrübə olduğunu bildirib.

O, yerli və beynəlxalq media nümayəndələrinin Milli Məclisə seçkilərlə bağlı azad, sərbəst və asanlıqla məlumat əldə edə bilmələrinin, eynilə digər seçki subyektlərinə də daha keyfiyyətli və səmərəli xidmət göstərilməsinin zəruriliyini diqqətə çatdırıb. Mərkəzin təkmil fəaliyyətinə dair təəssürat və tövsiyələrini bölüşən MSK sədri qeyd edib ki, layihənin başlıca məqsədi seçkilərdə aşkarlığın və şəffaflığın yüksək səviyyədə təmin edilməsində əhəmiyyətli rol oynayan yerli və beynəlxalq media nümayəndələrinə daha geniş imkanlar təmin etməkdir.

M.Pənahov tanışlıq zamanı həmçinin Mərkəzdə çalışan jurnalistlərlə söhbət edib və onların fikirlərini dinləyib.

Tanışlıqdan sonra MSK sədri həm Müstəqil Media Mərkəzinin fəaliyyəti, həm də Milli Məclisə seçkilərə hazırlıqların gedişi barədə media mənsublarına açıqlama verib, jurnalistlərin suallarını cavablandırıb.

Qeyd edək ki, 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə fərqli statuslu seçki iştirakçılarının sərbəst fəaliyyətinə köməklik göstərilməsi, hərtərəfli əlverişli şərait və geniş imkanların təmin olunması üçün müxtəlif formatlı layihələr gerçəkləşdirilir.
Mərkəzi Seçki Komissiyasının (MSK) qarşıdan gələn seçkilərlə əlaqədar yeni fəaliyyətə başlayan “Seçki-2024” Müstəqil Media Mərkəzi də bu kateqoriyadan olan layihələrdən biridir.

Müstəqil Media Mərkəzi qarşıdan gələn seçkiləri hərtərəfli, operativ və obyektiv işıqlandırmaqda, o cümlədən məlumatları almaqda və dərhal ictimailəşdirməkdə yerli və beynəlxalq media nümayəndələrinə yardımçı olacaq. Media mənsubları müasir informasiya-kommunikasiya texnologiyaları və zəruri texniki avadanlıqlarla tam təchiz olunan Mərkəzdən sərbəst istifadə edə bilərlər.

Müstəqil Media Mərkəzinin internet səhifəsi (www.secki-2024.az) Milli Məclisə seçkilərlə bağlı müntəzəm olaraq Azərbaycan, ingilis və rus dillərində ən son məlumatları təqdim edir. Seçki prosesinə dair müxtəlif məsələlər barədə səlahiyyətli şəxslərin və ekspertlərin rəyləri, açıqlama və bəyanatlar dərhal ictimailəşdirilir, foto və videogörüntülər paylaşılır.

“Seçki-2024” Müstəqil Media Mərkəzinin əlaqə məlumatları:

Telefon: (+99412) 493-93-98

Ünvan: “Hilton” hoteli, 3-cü mərtəbə, "ONYX" zalı

E-poçt: [email protected]

Paylaş:
316

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər