Xəzər rayonunda mağazadan beş min manata yaxın oğurluq olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Xəzər rayonunda mağazadan beş min manata yaxın oğurluq olub

13:32 - 12 / 08 / 2024
Xəzər rayonunda mağazadan beş min manata yaxın oğurluq olub

Bakının Xəzər rayonu ərazisində yerləşən mağazaların birindən 4900 manat pul oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin üçüncü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş A.Əzimov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:
312

Son xəbərlər

Bütün xəbərlər