MSK parlament seçkilərində “exit-poll” keçirmək üçün iki təşkilatı qeydə alıb | 1news.az | Xəbərlər
Cəmiyyət

MSK parlament seçkilərində “exit-poll” keçirmək üçün iki təşkilatı qeydə alıb

16:30 - 12 / 08 / 2024
MSK parlament seçkilərində “exit-poll” keçirmək üçün iki təşkilatı qeydə alıb

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə “exit-poll” keçirmək niyyətində olan qurumların müraciətlərinə baxılıb.

1news.az “Seçki 2024” Müstəqil Media Mərkəzinə istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Komissiya sədrinin müavini Rövzət Qasımovun bildirib ki, MSK uzun illərdir seçkilərdə təşkilatlara “exit-poll” üçün şərait yaradır.

R. Qasımov bildirib ki, MSK-ya müraciət edən Vətəndaşların Əmək Hüquqlarını Müdafiəsi Liqası ABŞ-dan olan tərəfdaşı (ORACLE ADVISORY GROUP) ilə birlikdə seçkilərdə “exit-poll” keçirmək niyyətindədir.

“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi isə SWG S.P.A Tədqiqatlar Şirkəti (İtaliya) ilə birgə “exit-poll” keçirmək üçün MSK-ya müraciət edib.

Müraciətlər səsverməyə çıxarılıb və qəbul edilib.

Qeyd edək ki, qanunvericiliyə əsasən Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən “exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlər səsvermə gününə ən azı 20 gün qalanadək qəbul edilir.

“Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda bu müddət 2024-cü il avqustun 12-dək nəzərdə tutulmuşdu.

Paylaş:
627

Son xəbərlər

Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib10 / 09 / 2024, 22:24Batumidə Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 11-ci üçtərəfli görüşü keçirilib10 / 09 / 2024, 18:01Azərbaycan Milli Paralimpiya komandası üzvləri təltif edilib - SİYAHI10 / 09 / 2024, 17:44İlham Əliyev Paralimpiya Oyunlarının medalçılarını mükafatlandırıb10 / 09 / 2024, 17:41Sumqayıtda küçədə üzərində yanıq izləri olan meyit tapılıb10 / 09 / 2024, 17:26Baş prokuror Abşeron rayonunda vətəndaşları qəbul edib10 / 09 / 2024, 17:12Yenicə tələbə adını qazanan 18 yaşlı Aqilin sizin köməyinizə ehtiyacı var - FOTO10 / 09 / 2024, 17:00DİN: Avqustda 352 kq narkotik dövriyyədən çıxarılıb10 / 09 / 2024, 16:48Formula-1 Azərbaycan Qran Prisi çərçivəsində tibbi xidmətlərin təşkili məqsədilə yüzdən çox tibb işçisi təhkim olunub10 / 09 / 2024, 16:22Azərbaycan sərhədlərində gözləyən yük avtomobillərinin sayı açıqlandı10 / 09 / 2024, 16:12Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib10 / 09 / 2024, 15:42Ekoloji təmiz nəqliyyat vasitələrinin kreditləşməsində müsbət dinamika müşahidə olunur10 / 09 / 2024, 15:22Kolleclərə qəbul olunanlar üçün qeydiyyat başlayıb10 / 09 / 2024, 14:58“28 May” metrostansiyasında eskalator əsaslı təmirdən sonra istifadəyə verilib10 / 09 / 2024, 14:50Bakı, Sumqayıt və Abşeron üzrə sentyabr ayının pensiyaları ödənilib10 / 09 / 2024, 14:37Ceyhun Bayramov Ukraynanın yeni XİN rəhbəri ilə telefon danışığı aparıb10 / 09 / 2024, 14:27Bakı-Şamaxı-Yevlax yolunun bir hissəsində nəqliyyatın hərəkəti iki aylıq qismən məhdudlaşdırılacaq10 / 09 / 2024, 14:23İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub10 / 09 / 2024, 14:13Azercell yeni Wi-Fi cihazını təqdim edir10 / 09 / 2024, 13:59Azərbaycan və Gürcüstan müdafiə nazirləri hərbi sahədə əməkdaşlığı müzakirə ediblər10 / 09 / 2024, 13:52
Bütün xəbərlər