Buzovnada Xəzərdə batan 2 nəfərin meyiti aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Buzovnada Xəzərdə batan 2 nəfərin meyiti aşkarlanıb

16:43 - 12 / 08 / 2024
Buzovnada Xəzərdə batan 2 nəfərin meyiti aşkarlanıb

Avqustun 12-də Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 800 m aralı, nəzarətsiz ərazi) 2 nəfərin batması ilə əlaqədar aparılan axtarış işləri yekunlaşıb.

1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində batan şəxslərin meyiti dalğıc-xilasedicilər tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
239

Son xəbərlər

Bütün xəbərlər