Azərbaycanda hər hansı ölkənin hərbi kontingenti mövcud deyil - MEDİA Agentliyindən AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda hər hansı ölkənin hərbi kontingenti mövcud deyil - MEDİA Agentliyindən AÇIQLAMA

Qafar Ağayev12:35 - 12 / 08 / 2024
Azərbaycanda hər hansı ölkənin hərbi kontingenti mövcud deyil - MEDİA Agentliyindən AÇIQLAMA

İsrailin öz hərbçilərinə Azərbaycanda qalmağı qadağan etməsi barədə yayılan məlumatlar dezinformasiyadır.

1news.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, son dövrlər bəzi ölkələrin media resursları mötəbərliyi şübhə doğuran mənbələrə istinad edərək Azərbaycan barədə həqiqəti əks etdirməyən, yerli və beynəlxalq auditoriyanın ictimai rəyini çaşdırmağa yönəlmiş məlumatlar yaymaqdadırlar: "Dezinformasiyanın təsiri altında “İran İnternational” televiziya kanalı, habelə “The Telegraph” nəşri və “Kan” agentliyi Azərbaycan barədə beynəlxalq jurnalistika standartları ilə bir araya sığmayan informasiya manipulyasiyası həyata keçirib, guya İsrailin öz hərbçilərinə Azərbaycanda qalmağı qadağan etməsi barədə dezinformasiya yayıblar".

Vurğulanıb ki, Azərbaycan ərazisində hər hansı bir xarici dövlətin hərbi kontingenti mövcud deyil və bununla bağlı yalan məlumatlara söykənmiş informasiya manipulyasiyalarını ciddi şəkildə qınanılır: "Eyni zamanda bir daha diqqətə çatdırırıq ki, hansı ölkədə fəaliyyət göstərməsindən asılı olmayaraq, media məlumatları paylaşarkən hamı tərəfindən qəbul olunmuş jurnalistikanın vahid etik prinsiplərinə əməl etməlidir. Bu tipli klassik dezinformasiya nümunəsi olan materialların sosial şəbəkə seqmentinə sirayət etdikdən sonra bəzi yerli media subyektlərimiz tərəfindən təkrar tirajlanmasını yolverilməz hesab edirik".

Bəyanatda cəmiyyətə yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa çağırış edilib.

Paylaş:
166

Son xəbərlər

İlham Əliyev Əlcəzairin Azərbaycanda yeni səfirinin etimadnaməsini qəbul edibBu gün, 10:35Masazırın bəzi yerlərində işıq kəsiləcəkBu gün, 10:31Bakıda pulla dolu çanta oğurlanıbBu gün, 10:28Azərbaycan QHT-ləri ABŞ və Aİ-də Rusiyaya sanksiyaların tətbiqi və icrasına nəzarət edən qurumların rəhbərlərinə açıq məktub ünvanlayıbBu gün, 10:16Putin ordudakı əsgər sayının artırılması üçün əmr verdiBu gün, 10:06Azərbaycan nefti cüzi ucuzlaşıbBu gün, 10:018 Noyabr prospektində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilibBu gün, 09:52FHN avtonəqliyyat vasitələri sürücülərinə müraciət edibBu gün, 09:42Bakıda növbəti təhlükəsizlik forumu keçirilibBu gün, 09:26Azərbaycan səfiri etimadnaməsini Nepal Prezidentinə təqdim edibBu gün, 09:23Bakının bu rayonunda qaz olmayacaqBu gün, 09:22AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:10ABŞ Dövlət katibi Azərbaycan Prezidentinə zəng edibBu gün, 09:00Bakının tıxac olan yolları - SİYAHIBu gün, 08:59“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024” üzrə finala çıxıb16 / 09 / 2024, 19:08Bakıda UEFA-nın B kateqoriyalı məşqçi kursunun III mərhələsi keçirilib16 / 09 / 2024, 17:58Bakıda avtomobillərdən və ödəniş terminalından 14 min manat oğurluqda şübhəli bilinən qardaşlar saxlanılıblar16 / 09 / 2024, 17:45Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlandı16 / 09 / 2024, 17:31Xaricdə işə düzəltmə vədi ilə külli miqdarda pul ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb16 / 09 / 2024, 17:12Polis Akademiyasında Bilik günü və andiçmə mərasimi keçirilib16 / 09 / 2024, 16:52
Bütün xəbərlər