MSK sədri Müstəqil Dövlətlər Birliyinin nümayəndə heyəti ilə görüşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

MSK sədri Müstəqil Dövlətlər Birliyinin nümayəndə heyəti ilə görüşüb

Qafar Ağayev14:47 - 13 / 08 / 2024
MSK sədri Müstəqil Dövlətlər Birliyinin nümayəndə heyəti ilə görüşüb

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov avqustun 13-də Milli Məclisə qarşıdan gələn seçkiləri izləmək üçün ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyi (MDB) Baş katibinin müavini Nurlan Seytimovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

1news.az "Seçki 2024" Müstəqil Media Mərkəzinə istinadən xəbər verir ki, Müşahidə missiyasının üzvlərini salamlayan sədr M.Pənahov, Milli Məclisə seçkilər ərəfəsində keçirilən görüşdən məmnunluğunu bildirib. O, rəhbərlik etdiyi qurumun daim şəffaf fəaliyyət göstərdiyini, əməkdaşlığa açıq olduğunu vurğulayıb və diqqətə çatdırıb ki, beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əlaqələrə mühüm əhəmiyyət verən MSK münasibətləri bundan sonra da davam etdirmək və daha da dərinləşdirmək niyyətindədir.

MDB Baş katibinin müavini N.Seytimov kifayət qədər sıx iş qrafikinə rəğmən, görüş üçün vaxt ayırdığına və səmimi qəbula görə MSK sədrinə minnətdarlığını ifadə edib. Nümayəndə heyətinin rəhbəri MDB missiyasının uzunmüddətli müşahidəçilərinin artıq fəaliyyətə başladığını, paytaxt Bakıda və regionlarda seçkilərə hazırlığı yaxından izlədiklərini deyib.

Sədr M.Pənahov Milli Məclisə seçkilərin ilk dəfə Azərbaycanın bütün suveren ərazilərində keçirildiyini diqqətə çatdırıb, seçki komissiyalarının fəaliyyət prinsipləri, müxtəlif statuslu seçki iştirakçılarını əhatə edən genişmiqyaslı maarifləndirmə layihələri, seçici siyahılarının dəqiqləşdirilməsi istiqamətində atılan addımlar və son hazırlıq işlərindən danışıb, eləcə də beynəlxalq müşahidəçilərin suallarını cavablandırıb.

Ətraflı məlumat üçün MSK sədrinə təşəkkür edən MDB Baş katibinin müavini Milli Məclisə seçkilərin qanunvericiliyin tələblərinə uyğun azad, ədalətli, şəffaf keçəcəyinə və Azərbaycanın gələcək inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

Görüş çərçivəsində, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi də aparılıb.

Paylaş:
548

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər