Bakıda yük avtomobili yanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yük avtomobili yanıb

16:34 - 13 / 08 / 2024
Bakıda yük avtomobili yanıb

Bakıda yük avtomobili yanıb.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verib.

Bildirilib ki, nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, D.Bünyadzadə küçəsində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub:

"Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “FORD TRANSİT” markalı yük avtomobilinin kabin hissəsində baş vermiş yanğın digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb".

Avtomobilin böyük hissəsi yanğından mühafizə olunub.

Paylaş:
190

Son xəbərlər

Bütün xəbərlər