Agentlik reyd keçirdi: 309 dönərxanada nöqsanlar aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Agentlik reyd keçirdi: 309 dönərxanada nöqsanlar aşkarlanıb

Qafar Ağayev17:28 - 14 / 08 / 2024
Agentlik reyd keçirdi: 309 dönərxanada nöqsanlar aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) dönərxanalarda hazırlanan dönərlərin minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi məqsədilə 310 müəssisədə monitorinq keçirib.

1news.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilib ki, onlardan 1 müəssisənin vəziyyəti qənaətbəxş hesab olunub, 309 müəssisədə isə bir sıra nöqsanlar aşkar edilib.

Monitorinq çərçivəsində 209 müəssisə üzrə 220 toyuq əti, 74 mal əti olmaqla, ümumillikdə, 294 dönərdən nümunələr götürülərək müayinə məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. 64 dönər nümunəsində (47 toyuq əti və 17 mal əti) E.Coli bakteriyası, 1 toyuq dönəri nümunəsində L.monocytogenes bakteriyası 1 mal ətindən dönər nümunəsində toyuq əti DNT-si aşkar edilib. 158 müəssisə üzrə 215 dönər nümunəsində hər hansı uyğunsuzluq aşkar edilməyib.

Aparılan yoxlamalar zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulması ilə bağlı bir sıra uyğunsuzluqlar aşkar edilib ki, bununla əlaqədar 21 müəssisədə işlərin görülməsi, xidmətlərin göstərilməsinin dayandırılması, 1 müəssisədə çiy dönər emalının dayandırılması, 16 müəssisədə iş personalının üzvünün (üzvlərinin) kənarlaşdırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlar qəbul edilib. Həmçinin aşkar edilən pozuntularla bağlı müəssisə rəhbərliyi barəsində inzibati tədbir görülüb və nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.

"Əlavə edək ki, Agentlik tərəfindən aparılan nəzarət tədbirləri ilə yanaşı, dönər satışı həyata keçirilən qida obyektlərində sağlamlaşdırıcı tədbirlər də icra edilib, sahibkarlara metodiki dəstək göstərilib. Belə ki, görülən tədbirlər nəticəsində 14 müəssisədə sağlamlaşdırıcı tədbirlər həyata keçirilib. Eyni zamanda, dönər satışı həyata keçirilən 310 obyektdə istehlakçıların maarifləndirilməsi məqsədilə hazırlanan posterin yerləşdirilməsi təmin olunub. Bununla yanaşı, həmin ictimai iaşə müəssisələrinin rəhbərlərinə bu sahədə mövcud tələbləri özündə əks etdirən xəbərdarlıq məktubları göndərilib", - deyə məlumatda qeyd olunub.

Paylaş:
171

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər