MÜTDA: Vakant yer seçimləri zamanı mərkəz məktəblərinə üstünlük verilir | 1news.az | Xəbərlər
Cəmiyyət

MÜTDA: Vakant yer seçimləri zamanı mərkəz məktəblərinə üstünlük verilir

12:36 - 14 / 08 / 2024
MÜTDA: Vakant yer seçimləri zamanı mərkəz məktəblərinə üstünlük verilir

Vakansiyaların az olması və ya olmaması ilə bağlı məsələyə gəldikdə demək istərdik ki, daxil olan müraciətlərin əsas hissəsi, namizədlərin vakant yer seçimləri zamanı daha çox paytaxt və böyük şəhərlərə üstünlük verməsi ilə bağlıdır.

1news.az xəbər verir ki, bunu Ümumi Təhsil üzrə Dövlət Agentliyinin mətbuat katibi Zenfira Sevdimalı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, nəticədə hətta ölkə üzrə bir çox vakant yer namizədlər tərəfindən seçilmir:

"Bu istiqamətdə müəllimlərin işə qəbulu üzrə müsabiqənin əsas məqsədi həm paytaxt (mərkəz) və böyük şəhərlərdə, həm də regionlarda olan məktəblərimiz üçün eyni əsas və meyarlarla seçilmiş, bilik bacarıqları yüksək müəllimləri təyin etməkdir".

Paylaş:
264

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər