Sumqayıtda su kanalında batan 26 yaşlı oğlanın meyiti sudan çıxarılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda su kanalında batan 26 yaşlı oğlanın meyiti sudan çıxarılıb

16:54 - 15 / 08 / 2024
Sumqayıtda su kanalında batan 26 yaşlı oğlanın meyiti sudan çıxarılıb

Sumqayıtda su kanalında batan 26 yaşlı oğlanın meyiti sudan çıxarılıb.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, avqustun 9-da Sumqayıt şəhəri, Stansiya Sumqayıt adlanan ərazidə avtomobilin su kanalına düşməsi nəticəsində batmış 1998-ci il təvəllüdlü Əliyev Abusət Fəxrəddin oğlunun meyiti Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
286

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər