COP29 Könüllüləri “Təkrar emal fəalları” adlı təmizlik aksiyası keçiriblər | 1news.az | Xəbərlər
Cəmiyyət

COP29 Könüllüləri “Təkrar emal fəalları” adlı təmizlik aksiyası keçiriblər

17:30 - 15 / 08 / 2024
COP29 Könüllüləri “Təkrar emal fəalları” adlı təmizlik aksiyası keçiriblər

COP29 Könüllüləri Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən parklardan birində “Təkrar emal fəalları” adı altında növbəti təmizlik aksiyası keçiriblər.

Bu barədə 1news.az-a COP29 Azərbaycan Əməliyyat Şirkətinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aksiya zamanı könüllülər park ərazisini təmizləyərək toplanmış məişət tullantılarını təkrar emal üçün “Təmiz Şəhər” ASC-yə təhvil veriblər.

Ekoloji aksiya çərçivəsində könüllülər parkda istirahət edən sakinlərlə ictimai təmizliyə riayət olunması və şəhər parklarının ekoloji durumunun sağlamlaşdırılmasının əhəmiyyəti barədə maarifləndirici söhbət aparıblar. Könüllülər həmçinin bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29 konfransı barədə sakinləri məlumatlandırıb, onları maraqlandıran sualları cavablandırıblar.

Ekoloji tədbir “Təmiz Şəhər” ASC-nin tullantılarının idarəedilməsi fəaliyyəti ilə tanışlıqla davam edib. Aksiya çərçivəsində toplanan 230 kilodan çox həcmdə müxtəlif növ bərk məişət tullantıları könüllülər tərəfindən Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna növbəti təkrar emal üçün təhvil verilib. Müəssisəyə baş çəkən könüllülər tullantıların düzgün idarə edilməsi təcrübələri, müasir emal sistemləri və tendensiyalar haqqında faydalı məlumatlar əldə edib, tullantıların çeşidlənməsi, yerləşdirilməsi və zərərsizləşdirilməsi proseslərini əyani izləyə biliblər.

Qeyd edək ki, bu təşəbbüs COP29 könüllüləri tərəfindən iqlim dəyişmələri problemləri və onların həlli yolları, həmçinin bu istiqamətdə kollektiv və birgə fəaliyyətin rolu haqda ictimaiyyətin məlumatlılığının artırılmasına yönəlmiş davamlı fəaliyyətin bir hissəsidir.

Paylaş:
169

Son xəbərlər

Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib10 / 09 / 2024, 22:24Batumidə Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 11-ci üçtərəfli görüşü keçirilib10 / 09 / 2024, 18:01Azərbaycan Milli Paralimpiya komandası üzvləri təltif edilib - SİYAHI10 / 09 / 2024, 17:44İlham Əliyev Paralimpiya Oyunlarının medalçılarını mükafatlandırıb10 / 09 / 2024, 17:41Sumqayıtda küçədə üzərində yanıq izləri olan meyit tapılıb10 / 09 / 2024, 17:26Baş prokuror Abşeron rayonunda vətəndaşları qəbul edib10 / 09 / 2024, 17:12Yenicə tələbə adını qazanan 18 yaşlı Aqilin sizin köməyinizə ehtiyacı var - FOTO10 / 09 / 2024, 17:00DİN: Avqustda 352 kq narkotik dövriyyədən çıxarılıb10 / 09 / 2024, 16:48Formula-1 Azərbaycan Qran Prisi çərçivəsində tibbi xidmətlərin təşkili məqsədilə yüzdən çox tibb işçisi təhkim olunub10 / 09 / 2024, 16:22Azərbaycan sərhədlərində gözləyən yük avtomobillərinin sayı açıqlandı10 / 09 / 2024, 16:12Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib10 / 09 / 2024, 15:42Ekoloji təmiz nəqliyyat vasitələrinin kreditləşməsində müsbət dinamika müşahidə olunur10 / 09 / 2024, 15:22Kolleclərə qəbul olunanlar üçün qeydiyyat başlayıb10 / 09 / 2024, 14:58“28 May” metrostansiyasında eskalator əsaslı təmirdən sonra istifadəyə verilib10 / 09 / 2024, 14:50Bakı, Sumqayıt və Abşeron üzrə sentyabr ayının pensiyaları ödənilib10 / 09 / 2024, 14:37Ceyhun Bayramov Ukraynanın yeni XİN rəhbəri ilə telefon danışığı aparıb10 / 09 / 2024, 14:27Bakı-Şamaxı-Yevlax yolunun bir hissəsində nəqliyyatın hərəkəti iki aylıq qismən məhdudlaşdırılacaq10 / 09 / 2024, 14:23İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub10 / 09 / 2024, 14:13Azercell yeni Wi-Fi cihazını təqdim edir10 / 09 / 2024, 13:59Azərbaycan və Gürcüstan müdafiə nazirləri hərbi sahədə əməkdaşlığı müzakirə ediblər10 / 09 / 2024, 13:52
Bütün xəbərlər