Müasir “ASUS Zenbook S 16”: İş və yaradıcılıq üçün süni intellektin gücü - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Müasir “ASUS Zenbook S 16”: İş və yaradıcılıq üçün süni intellektin gücü - FOTO

12:00 - 19 / 08 / 2024
Müasir “ASUS Zenbook S 16”: İş və yaradıcılıq üçün süni intellektin gücü - FOTO

Süni intellekt tədricən həyatımızın bütün sahələrinə nüfuz edir, gündəlik tapşırıqların həllində əvəzsiz köməkçiyə çevrilir.

Smartfonlardan tutmuş avtomobillərə qədər hər şeyi əhatə edən süni intellekt fərdi yanaşmanı və intellektual həlləri təmin etməklə işimizi daha səmərəli və məhsuldar yerinə yetirməyə imkan verir. Bu gün artıq noutbuklarda tətbiq olunan süni intellekt onları daha ağıllı etməklə yanaşı, həm də istifadəçi ehtiyaclarına uyğunlaşdırmağa nail olub.

ASUS Zenbook S16 (UM5606WAmodeli) süni intellektin əsas rol oynadığı, ən yüksək performans səviyyəsini və istifadə rahatlığını təmin edən noutbukdur. “Zenbook”ların bu modeli süni intellekt sahəsində qabaqcıl nailiyyətləri və müstəsna dizaynı özündə birləşdirir. Bütün bunlar barədə daha ətraflı aşağıdakı məqalədə:

Süni intellekt ilə təchiz edilmiş son dərəcə nazik, 16 düymlük ASUS noutbuku olan “Zenbook S 16” yüksək performansı və gözəl dizaynı özündə birləşdirir. Bu noutbukların uzunömürlü keramik Ceraluminum™ materialından hazırlanan korpusu ağ (Scandinavian White) və boz (Zumaia Grey) kimi 2 təbii çalarda təklif olunur. Cəmi 1,1 sm qalınlığı və 1,5 kq çəkisi olan “Zenbook S 16” 12 nüvəli müasir AMD Ryzen AI prosessoru ilə təchiz olunub. Bu sistemdə 24 və ya 32GB-lıq iki kanallı LPDDR5X yaddaşından, 1 və 2 TB həcmli sürətli PCIe SSD toplayıcısından, həmçinin əvvəlki nəsildən 5 dəfəyə qədər daha sürətli məlumat ötürməsini təmin edən WiFi 7 modulundan istifadə edilir. Soyutma sisteminə prosessoru soyutmaq üçün nəzərdə tutulmuş buxarlanma kamerası, istiliyi paylayan və çəkən qrafit təbəqə, iki sərinkeş və xüsusi həndəsi dəlik dizaynına malik ventilyasiya barmaqlığı daxildir ki, bu da korpusun 1,1 sm-lik qalınlığı fonunda aşağı səs-küy səviyyəsini (25 dB-dək) təmin edir.

“ASUS Lumina OLED” displeyi yüksək rəng dəqiqliyi, DCI-P3 rəng diapazonu və intellektual təsvir kökləməsi funksiyaları ilə seçilir. Bu displey 70% daha az mavi işıq yayır ki, “TUV Rheinland” və SGS sertifikatları bunu bir daha təsdiq edir. OLED displey “Pantone” sertifikatına, 1.000.000:1 kontrast nisbətinə, 0.2 ms-lik reaksiya müddətinə və üstün təsvir keyfiyyətini təmin edən VESA DisplayHDR 500 sertifikatına malikdir.

Premium keyfiyyətli, nazik və yüngül ultrabukları ilə məşhur “Zenbook S” xəttinə daxil olan bu model biznes tapşırıqları və mobil istifadə üçün nəzərdə tutulub. Ekranının 16 düym olmasına baxmayaraq, ölçü və çəki baxımından demək olar ki, 13 düymlük modellərdən geri qalmır.

78 Vt·s həcmli batareya 20 saatadək iş ömrünü təmin edir, komplektə daxil olan 65 Vt-luq blokdan və ya mobil batareyadan sürətli şarj imkanını dəstəkləyir. Xidmət müddəti 1200 dövrədəkdir. “Zenbook S 16” ləkələrə və aşınmaya davamlı Ceraluminium™ alüminium oksid keramik örtüyə malikdir. Ekoloji cəhətdən təmiz istehsal prosesində təkrar emal edilmiş materiallardan istifadə olunur. Konnektorların tam dəstinə HDMI, USB-A, 2 ədəd USB-C 4.0 və SD kart oxuyucusu daxildir.

6 dinamikli harman/kardon səs sistemi də mövcuddur.

Noutbuk MIL-STD 810H hərbi standartına uyğun olaraq sınaqdan keçirilib.

Ultrabuklar 2011-ci ildə mobil fərdi kompüterlər üçün standarta çevrildiyi kimi “Zenbook S 16” də süni intellektə malik yeni noutbuk standartını müəyyən edir. O, üç əsas komponentdən ibarətdir: xüsusi süni intellekt sürətləndiricisi, “Windows” əməliyyat sistemi səviyyəsində süni intellekt texnologiyaları dəstəyi və ASUS-un süni intellekt tətbiqləri. AMD Ryzen™ AI 9 HX 370 prosessoru saniyədə 80 trilyondan çox əməliyyatı (TOPS) təmin edir ki, bunun 50 TOPS-u daxili XDNA neyron prosessoru vasitəsilə generasiya olunur. Bu, məlumatları göndərmədən süni intellekt alqoritmlərini lokal şəkildə effektiv icra etməyə, sürətli və dəqiq hesablamalar aparmağa imkan verir.

Noutbukda “Copilot” düyməsi var. Bu düymə sualları cavablandıran, axtarış zamanı kömək edən və yaradıcı layihələrə ilhamlandıran süni intellekt əsaslı “Microsoft” köməkçisini bir anın içində çağırmağa imkan verir. “Zenbook S 16” noutbukunun süni intellekt tətbiqlərinə “Copilot” rəqəmsal köməkçisi, foto və videoların axtarışı və sıralanması üçün ASUS StoryCube” mediaqalareyası, həmçinin geniş parametrli təsvirlərin generasiyası üçün yaradıcı "MuseTree" tətbiqi daxildir. Qeyd etmək lazımdır ki, ASUS-un süni intellekt alqoritmləri “Zenbook S 16” noutbukunun daha geniş yayılmış digər funksiyalarında da istifadə olunur. Buna misal kimi, mikrofonun səsboğucu sistemini və ya veb-kamerada istifadəçinin baxışını izləmə sistemini göstərmək olar. Əməliyyat sistemi “Copilot+ PC” səviyyəsinədək yeniləndikdən sonra istifadəçilər “Recall” intellektual axtarışı, “Live Captions” sinxron tərcümə, “Cocreator” rəsm köməkçisi və oyunlarda supergenişlənməni təmin edən “Auto SR” funksiyası kimi “Windows”un süni intellekt funksiyalarından yararlana biləcəklər.

“Zenbook S 16” süni intellektə malik ən müasir noutbuk axtarışında olanlar üçün ideal seçimdir. Güclü süni intellekt funksiyaları sayəsində bu noutbuk ən yüksək səviyyəli performansı və rahatlığı təmin edir. Möhkəm və dəbli dizaynı, uzunmüddətli avtonom iş ömrü, sürətli şarj imkanı və müxtəlif portları onu mobil iş və yaradıcılıq üçün ideal alətə çevirir. İstifadəçiyə istənilən şəraitdə məhsuldar və rahat iş üçün bütün zəruri alətləri təklif edən “Zenbook S 16” noutbuku müasir texnologiyaların və eleqant dizaynın ahəngdar birləşməsini təcəssüm etdirir.

Reklam hüququnda

Paylaş:
487

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər