Milli Məclisə seçkilərlə əlaqədar Ədliyyə Nazirliyinin Penitensiar xidmətində seminar-müşavirə keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli Məclisə seçkilərlə əlaqədar Ədliyyə Nazirliyinin Penitensiar xidmətində seminar-müşavirə keçirilib

Qafar Ağayev17:46 - 16 / 08 / 2024
Milli Məclisə seçkilərlə əlaqədar Ədliyyə Nazirliyinin Penitensiar xidmətində seminar-müşavirə keçirilib

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar avqustun 16-da Ədliyyə Nazirliyinin Penitensiar xidmətində seminar-müşavirə keçirilib.

1news.az “Seçki 2024” Müstəqil Media Mərkəzinə istinadən xəbər verir ki, Penitensiar xidmətin rəhbərliyinin, Mərkəzi Seçki Komissiyasının nümayəndələrinin, xidmətin Baş idarəsinin məsul əməkdaşlarının, cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının rəislərinin, Mühafizə alayı və Konvoy taborunun komandirlərinin, habelə həmin qurumların yerləşdiyi ərazilər üzrə müvafiq seçki dairələri dairə seçki komissiyalarının sədrlərinin və media təmsilçilərinin iştirak etdikləri tədbir penitensiar müəssisələrdə seçkilərin təşkili və səsvermənin keçirilməsinə həsr olunub.

Seminar-müşavirəni açan ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidov Azərbaycanın seçki qanunvericiliyinin vətəndaşlarımızın konstitusion hüquqlarının azad şəkildə reallaşdırılmasına tam təminat verdiyini vurğulayıb. Nazir müavini xidmətin tabe qurumlarında səsvermənin yüksək səviyyədə təşkil olunması və şəffaf keçirilməsi istiqamətində ədliyyə naziri Fərid Əhmədovun tapşırıq və tövsiyələrini diqqətə çatdırıb, səsvermə yerlərinin qanunvericiliyin tələblərinə uyğun hazırlanması işlərinin həyata keçirildiyini bildirib. Xidmət rəisi qeyd edib ki, ölkə üzrə bütün digər seçki məntəqələrində olduğu kimi, tabe qurumlarda da əlverişli seçki mühiti yaradılıb.

Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova çıxışında Konstitusiyanın və Seçki Məcəlləsinin seçki hüququ ilə bağlı müvafiq müddəalarından bəhs edib, cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında olan seçicilərin qanunvericiliklə müəyyənləşdirilmiş səsvermə hüquqlarından danışıb. Həmçinin bildirib ki, bütün proseslər seçki qanunvericiliyinin tələbləri və Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanıb təsdiqlənmiş Təqvim planı əsasında müvəffəqiyyətlə davam edir.

Mərkəzi Seçki Komissiyası Katibliyinin şöbə müdiri Ramin Nurəliyev seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi istiqamətində atılan addımlar barədə məlumat verib, seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, seçki günü müstəsna hallar, səslərin sayılması və səsvermənin nəticələri haqqında rəsmi protokolların doldurulması da daxil olmaqla, bütün prosedurları aydın və ətraflı izah edib.

Seminar-müşavirənin sonunda mövzular ətrafında fikir mübadiləsi və müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Paylaş:
1008

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər