Qaradağda iki qadına xəsarət yetirərək oğurluq edən şəxslər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qaradağda iki qadına xəsarət yetirərək oğurluq edən şəxslər saxlanılıb

12:31 - 17 / 08 / 2024
Qaradağda iki qadına xəsarət yetirərək oğurluq edən şəxslər saxlanılıb

Avqustun 16-da gecə saat 2 radələrində Qaradağ rayonu ərazisində evlərin birinə daxil olaraq orada yaşayan 2 qadına kəsici alətlə xəsarət yetirib soyuducu, televizor və kondisioner oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

1news.az xəbər verir ki, Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən E.Hətəmov, M.Nağıyev və T.Nağıyev müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

Paylaş:
322

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər