Sabunçuda marketə basqın olub, tütün məmulatları oğurlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabunçuda marketə basqın olub, tütün məmulatları oğurlanıb

13:41 - 19 / 08 / 2024
Sabunçuda marketə basqın olub, tütün məmulatları oğurlanıb

Bakının Sabunçu rayonunda naməlum şəxs gecə saatlarında marketlərdən birinə daxil olaraq əvvəlcə orada satıcı işləyən şəxsə zor tətbiq edib, sonra isə 700 manat dəyərində tütün məmulatını oğurlayaraq hadisə yerindən qaçıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib

Bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş N.Əhmədov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Paylaş:
205

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər