Bakıda iki qadının 30 min manatı və 10 min manatlıq qızılı oğurlanıb
Nərimanov rayonu ərazisində paytaxt sakini olan iki nəfər qadına məxsus 30 min manat nağd pul, 10 min manat dəyərində qızıl-zinət əşyaları və mobil telefonun oğurlanması barədə polisə müraciət daxil olub.
1news.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.
Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə cinayət əməllərini törətməkdə şübhəli bilinən Ş.Məmmədov və M.Quluzadə saxlanılıblar.
Faktlarla bağlı Nərimanov RPİ-də araşdırmalar davam etdirilir.
152