Bakıda Qazaxıstanın “Tomiris” filminin nümayişi keçirilib
16 avqust 2024-cü il tarixində açıq səma altında kinoteatr formatında “Qazaxfilm” Milli Kinostudiyasının çəkdiyi “Tomiris” bədii filminin nümayişi təşkil olunub.
Tarixi kinolent qazax çöllərində yaşamış və eramızdan əvvəl 6-cı əsrdə qeyri-bərabər döyüşdə fars hökmdarı İkinci Kiri məğlub edərək, öz azadlığını qorumağı bacaran sak-massagetlərin əfsanəvi çariçası haqqında bəhs edir. Tədbirdə azərbaycanlı kino tənqidçiləri və kino həvəskarları, ölkənin bir sıra aparıcı KİV təmsilçiləri, diplomatlar, qazax icmasının nümayəndələri iştirak edib.
Filmin nümayişindən əvvəl çıxış edən Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel Qazaxıstan kinematoqrafının inkişafı haqqında söz açıb və Qazaxıstanda çəkilən filmlərin və serialların qonşu ölkələrdə getdikcə məşhurlaşdığını qeyd edib.
Diplomat vurğulayıb ki, Qazaxıstan və Azərbaycan həm ikitərəfli, həm də ümumtürk və Mərkəzi Asiya inteqrasiyası formatında qarşılıqlı əməkdaşlığı uğurla inkişaf etdirir. A. Bayel həmçinin Prezident Kasım-Jomart Tokayevin bu yaxınlarda dərc olunan “Mərkəzi Asiyanın İntibahı: Dayanıqlı İnkişafa və Tərəqqiyə Doğru” proqram məqaləsinin əsas tezisləri üzərində dayanıb.
Bu kontekstdə “Tomiris” elə qazaxlar və azərbaycanlılar üçün ortaq şanlı tarixi haqqında bəhs edən filmdir. Səfir, bu cür mədəni-humanitar layihələrin xalqlarımızı daha da birləşdirməli və ortaq gələcəyin qurulmasına ilhamlandırmalı olduğunu qeyd edib.
Film, rejissorun, ssenaristin və aktyorların möhtəşəm işini qeyd edən Azərbaycan publikasının böyük marağına səbəb olub. Tədbir çərçivəsində həmçinin istedadlı Azərbaycan dombraçısı Adnan Əmirlinin və Qazaxıstanın tanınmış “Turan” etno-qrupunun üzvü Serik Nurmoldayevin çıxışları olub.
2019-cu ildə işıq üzü görən “Tomiris” filminin unikallığı qədim Türk və qədim Fars dillərində çəkilməsi ilə bağlıdır. Rejissor Akan Satayevin filminin baş rollarında məşhur Qazaxıstan aktyorları Almira Tursın və Adil Axmetov çəkilib.