Bakının iki rayonunda qaz olmayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının iki rayonunda qaz olmayacaq

09:30 - 19 / 08 / 2024
Bakının iki rayonunda qaz olmayacaq

Bakının iki rayonunun bəzi ərazilərində qaz kəsiləcək.

Bu barədə 1news.az-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Suraxanı rayonu, Əmircan qəsəbəsi, Park küçəsi 32 ünvanında qaz xəttinin yerinin dəyişdirilməsi, Binəqədi rayonu, 2-ci Mədən, korpus 98 ünvanında "Təmiz Qaz" QSC tərəfindən yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması məqsədi ilə 19.08.2024-cü il tarixində saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Qaz təchizatı dayandırılan müddətdə Suraxanı rayonu üzrə Malik Mustafayev, Park, Səttar Bəhlulzadə küçələrinin, Binəqədi rayonu üzrə isə 1-ci, 2-ci və 3-cü Mədən adlanan ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Paylaş:
226

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər