İrandan Azərbaycana 7 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İrandan Azərbaycana 7 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alınıb

13:23 - 20 / 08 / 2024
İrandan Azərbaycana 7 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 7 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alınıb.

Bu barədə 1news.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, avqust ayının 15-də saat 00:50-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 7 kiloqram 710 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş:
209

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər