Füzuli sakini silsilə oğurluqlara görə saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Füzuli sakini silsilə oğurluqlara görə saxlanılıb

14:04 - 20 / 08 / 2024
Füzuli sakini silsilə oğurluqlara görə saxlanılıb

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisindəki evlərdən silsilə oğurluqlar edən Ramil Əliyev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan 1news.az-a verilən məlumata görə, onun 6 evdən oğurluq etdiyi müəyyən olunub.
Digər əməliyyat zamanı saxlanılan əvvəllər məhkum olunmuş Vasif Əliyevdən isə 1 kiloqram marixuana və 1 ədəd tapança aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Paylaş:
212

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər