Fəxri xiyabanda maestro Niyazinin xatirəsi yad olunub - FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

Fəxri xiyabanda maestro Niyazinin xatirəsi yad olunub - FOTO

Qafar Ağayev14:32 - 20 / 08 / 2024
Fəxri xiyabanda maestro Niyazinin xatirəsi yad olunub - FOTO

Avqustun 20-də dünyaşöhrətli dirijor və bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Niyazinin (Niyazi Tağızadə-Hacıbəyov; 1912–1984) anadan olmasının 112-ci ildönümü tamam olur.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, bu münasibətlə mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Musiqi Mədəniyyəti Dövlət Muzeyi və onun tabeliyində fəaliyyət göstərən Niyazinin Mənzil-Muzeyinin əməkdaşları, tanınmış mədəniyyət xadimləri Fəxri xiyabana gələrək maestronun məzarı önünə gül dəstələri düzüblər.
Anım mərasimdə görkəmli sənətkarın Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətləri vurğulanıb. Bildirilib ki, Niyazi Azərbaycan xalqının milli sərvətidir və onun adı hər zaman böyük ehtiramla anılır. O, Azərbaycan dirijorluq məktəbinin formalaşması və inkişafında müstəsna rol oynayıb.

Qeyd olunub ki, Niyazi dirijorluq fəaliyyətinə ötən əsrin 30-cu illərində başlayıb. 1935-ci ildə ilk dəfə olaraq Azərbaycan xalq musiqisinin klassik nümunələri – “Rast” və “Şur” muğamlarını nota köçürən bəstəkar 1946-cı ildə gənc dirijorların baxış-müsabiqəsinin laureatı adını qazanıb. 1949-cu ildə ən məşhur əsəri “Rast” simfonik muğamını yazıb.
Maestronun Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində hazırladığı Müslüm Maqomayevin “Nərgiz”, Qara Qarayevin “Vətən”, Fikrət Əmirovun “Sevil” operaları, eləcə də Qara Qarayevin “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri böyük uğur qazanıb.

Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və dirijoru olan sənətkar eyni zamanda 1961-ci ildə Leninqrad (Sankt-Peterburq) Opera və Balet Teatrında Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin ilk tamaşasını hazırlayıb. Həmçinin Ankara Opera və Balet Teatrında Pyotr Çaykovskinin “Qaratoxmaq qadın”, Cüzeppe Verdinin “Aida” operalarına, İstanbul Opera və Balet Teatrında türk bəstəkarı Adnan Sayqunun “Koroğlu” operasının ilk tamaşasına və “Yunis Əmrə” oratoriyasına dirijorluq edib.

Bildirilib ki, bu gün Niyazinin adı dünyaşöhrətli dirijor və bəstəkarlarla qoşa çəkilir. Onun yaradıcılığı yeni nəsil musiqiçilər üçün əsl örnəkdir. Hələ neçə-neçə nəsillər Niyazinin sənət məktəbindən bəhrələnəcək.

Paylaş:
495

Son xəbərlər

Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32
Bütün xəbərlər