Eldar Mansurov: “Şuşada, Xankəndidə seçki məntəqələrinin qurulmasına baxıb şükür edirik” | 1news.az | Xəbərlər
Mədəniyyət

Eldar Mansurov: “Şuşada, Xankəndidə seçki məntəqələrinin qurulmasına baxıb şükür edirik”

17:34 - 21 / 08 / 2024
Eldar Mansurov: “Şuşada, Xankəndidə seçki məntəqələrinin qurulmasına baxıb şükür edirik”

“Tarixi Zəfərimizlə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması ilə fəxr edirik”.

1news.az xəbər verir ki, bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında bəstəkar, Xalq artisti Eldar Mansurov deyib.

"Biz incəsənət, mədəniyyət xadimləri dünyaya səs salan, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qürur mənbəyi olan güclü Azərbaycanla fəxr edirik. “Şuşada havalansın Xanın səsi”, “Xankəndidə ucalsın bayrağımız” deyərək arzu edərdik. Şükür ki, arzumuza qovuşduq” - deyə E.Mansurov əlavə edib.

Tanınmış bəstəkar qeyd edib ki, bu gün musiqi məbədimiz sayılan Şuşa, habelə Xankəndi, Xocalı və işğaldan azad edilmiş digər bölgələr parlament seçkilərinə hazırlaşır:

“Keçmiş məcburi köçkünlərimiz ilk dəfə olaraq öz doğma yurd-yuvalarında onları parlamentdə təmsil edəcək namizədə səs verəcək, yeni dövrün yeni hədəflərinin gerçəkləşməsinə səsləri ilə dəstək olacaqlar. Qalib, bütövləşən Azərbaycanın vətəndaşı olduğumuz üçün fəxr edirik. Mədəniyyət xadimləri əmindir ki, yüksək səviyyədə keçiriləcək seçkilər dövlətimiz üçün əhəmiyyətli olacaq və qarşıdakı illərdə ölkəmizi daha möhtəşəm uğurlar gözləyir”.

Paylaş:
1122

Son xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:44
Bütün xəbərlər