TƏBİB Qubada ana və körpə ölümünün ilkin səbəbini açıqlayıb - YENİLƏNİB
Ötən gün 2000-ci il təvəllüdlü Quba rayonu sakini hamiləlik 38 həftə, uşaqlıq üzərində çapıq diaqnozu ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Regional Perinatal Mərkəzinə yerləşdirilib.
1news.az "Report"a istinadən xəbər verir ki, TƏBİB-dən bildirilib ki, müayinələr aparıldıqdan sonra uşaqlıq üzərində çapıq və başlamış doğuş fəaliyyətini nəzərə alınaraq təkrar keysəriyyə kəsiyi əməliyyatı həyata keçirilib.
Qeyd olunub ki, saat 13:55-də spinal anesteziya tətbiq olunan zaman anada anafilaktik şok əlamətləri müşahidə olunub: "Göstərilən tam həcmli intensiv reanimasion tədbirlərə baxmayaraq, ana və bətnindəki körpənin həmin gün saat 15:00 radələrində ölüm faktı qeydə alınıb".
13:03
Quba rayonunda doğuş zamanı ana və körpəsi dünyasını dəyişib.
1news.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Regional Perinatal Mərkəzdə baş verib.
Xaçmaz rayonun Hülövlü kənd sakini, 2000-ci il təvəllüdlü Nəsirova Samirə Bəhruz qızı doğuş üçün Quba Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Lakin o və körpəsi əməliyyat zamanı ölüb.
Bu, S.Nəsirovanın ikinci hamiləliyi olub.
Faktla bağlı araşdırma aparılır.