Məzahir Pənahov: 2471 seçki məntəqəsində əlilliyi olan şəxslər üçün pandus quraşdırılıb
2471 seçki məntəqəsində əlilliyi olan şəxslər üçün pandus quraşdırılıb.
1news.az “Seçki 2024” Müstəqil Media Mərkəzinə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) avqustun 22-də keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
“Bu kateqoriyadan olan seçicilərimizin hamısını məntəqəyə dəvət edirik. Onların siyahısı var və səs verəcəkləri məntəqələrdə xüsusi şərait yaradılıb”, - M.Pənahov əlavə edib.
O əlavə edib ki, görmə qabiliyyətində problemlər olan seçicilər üçün Brayl əlifbası ilə trafaret çap edilib, bütün seçki dairələrinə göndərilib.
416