Masallıda maşın hasara çırpılıb, ölən var | 1news.az | Xəbərlər
Cəmiyyət

Masallıda maşın hasara çırpılıb, ölən var

13:26 - 23 / 08 / 2024
Masallıda maşın hasara çırpılıb, ölən var

Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Masallı rayonunun Öncəqala kəndi ərazisində qeydə alınıb. Rəşid Şəmməd oğlu Məmmədovun idarə etdiyi "Mercedes-Benz" markalı minik avtomobili ilə hərəkətdə olarkən, idarəetməni itirib və yol kənarındakı beton hasara çırpılıb. Qəza nəticəsində sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
268

Son xəbərlər

Bütün xəbərlər