Ötən ay “103” Çağrı mərkəzinə Bakı şəhəri üzrə 65 minədək müraciət olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən ay “103” Çağrı mərkəzinə Bakı şəhəri üzrə 65 minədək müraciət olub

Qafar Ağayev09:23 - 23 / 08 / 2024
Ötən ay “103” Çağrı mərkəzinə Bakı şəhəri üzrə 65 minədək müraciət olub

Cari ilin iyul ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin "103" Çağrı xidmətinə Bakı şəhəri üzrə 64 814 çağırış daxil olub.

TƏBİB-dən 1news.az-a verilən məlumata görə, bu çağırışlara əsasən 57 776 nəfərə yerində ilk yardım təmin olunub, 6 956 nəfər isə müxtəlif profilli tibb müəssisələrinə hospitalizasiya olunub.

Gündəlik olaraq müraciət sayı təxminən 2 238 - 2 241 təşkil edib.

Daxil olan çağırışlardan 4 295-i əsassız, yəni təcili tibbi yardıma aid olmayan müraciətlər olub.

Eyni zamanda 6 187 nəfərin çağırışı nəticəsiz (haqqında çağırış verilən şəxs yerində tapılmayıb, tibbi yardımdan imtina olunub və s.) olaraq qeydə alınıb.

Çağırışlar daha çox arterial təzyiq, ürək-damar sistemi xəstəlikləri, səhhətdə yaranan ani pisləşmələr, müxtəlif növ travmalar və s. ilə bağlı olub.

Əsassız çağırışların sayının üstünlük təşkil etməsini nəzərə alaraq, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin hansı hallarda çağırışları icra etmədiyini bir daha xatırladırıq:

1. Sahə həkimi/ailə həkimi tərəfindən planlı müalicə prosedurlarının aparılması (inyeksiya, venadaxili infuziya ("sistemin köçürülməsi"), sarğı) və ya xəstəlik vərəqəsinin verilməsi;

2. Təcili tibbi yardım tərəfindən planlı müalicə təyinatının alınması və ya planlı müayinənin (EKQ çəkilməsi) aparılması;

3. Pasiyentin öz istəyi ilə müalicə aldığı tibb müəssisəsindən digərinə ambulans ilə daşınması, köçürülməsi, təyin etdiyi tibb müəssisəsinə təxliyə olunması;

4. Tibb müəssisəsində tibbi xidmət göstərildikdən sonra pasiyentin evə və digər ünvanlara daşınması;

5. Vəfat etmiş şəxsin daşınması;

6. Stomatoloji yardımın göstərilməsi;

7. Müayinə məqsədilə gündəlik olaraq şəkərin, arterial təzyiqin və saturasiyanın ölçülməsi və s.

Vurğulamaq istəyirik ki, təcili tibbi yardım fəaliyyətinin bilərəkdən əsassız olaraq məşğul edilməsi inzibati məsuliyyət yaradır.

İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsinə (bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə) müvafiq olaraq həmin şəxslər barədə cərimə tətbiqi də nəzərdə tutulur.

Paylaş:
256

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər