Axtarışda olan 124 nəfər saxlanılıb - DİN | 1news.az | Xəbərlər
Cəmiyyət

Axtarışda olan 124 nəfər saxlanılıb - DİN

11:24 - 23 / 08 / 2024
Axtarışda olan 124 nəfər saxlanılıb - DİN

Avqustun 22-də ölkə ərazisində qeydə alınan 43 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 124, o cümlədən, borclu şəxs qismində axtarışda olan 94 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 26 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

Paylaş:
232

Son xəbərlər

Bütün xəbərlər