Lerikdə avtomobil dağ yolunda qəza törədib, üç nəfər xəsarət alıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Lerikdə avtomobil dağ yolunda qəza törədib, üç nəfər xəsarət alıb

17:45 - 24 / 08 / 2024
Lerikdə avtomobil dağ yolunda qəza törədib, üç nəfər xəsarət alıb

Bu gün saat 14:40 radələrində Lerik rayonu Qışlaq kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı 3 nəfər (kişi cinsli) şəxs döş qəfəsinin küt travması, qapalı kəllə beyin travması, başın təpə nahiyəsinin əzilmiş didilmiş yarası, sağ baldır sümüyünün 1/3-nin xətli sınığı diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

1news.az APA-ya istinadən xəbər verir ki, Lənkəran Mərkəzi Rayon Xəstəxanasından bildirilib ki, zəruri ilkin tibbi yardım göstərilən yaralılardan biri tibb müəssisəsinin travma şöbəsinə, digərləri Təcili yardım şöbəsinə yerləşdirilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

Paylaş:
284

Son xəbərlər

Bütün xəbərlər