Yalçın Rəfiyev: Bakı “COP”unda gözlənti iqlim sahəsində inkişaf edən ölkərə edilən yardımın artırılmasıdır | 1news.az | Xəbərlər
Cəmiyyət

Yalçın Rəfiyev: Bakı “COP”unda gözlənti iqlim sahəsində inkişaf edən ölkərə edilən yardımın artırılmasıdır

Qafar Ağayev11:05 - 24 / 08 / 2024
Yalçın Rəfiyev: Bakı “COP”unda gözlənti iqlim sahəsində inkişaf edən ölkərə edilən yardımın artırılmasıdır

“Bakıda keçiriləcək COP29-dən gözlənti iqlim sahəsində inkişaf etməkdə olan dövlətlərə ayrılan yardım vəsaitini artırmaqdır”.

1news.az xəbər verir ki, bunu COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib.

O, bildirib ki, 2009-cu ildə Kopenagendə keçirilmiş “COP" zamanı belə bir qərar qəbul edilmişdir ki, illik əsasda inkişaf etmiş dövlətlər iqlim fəaliyyəti sahəsində inkişaf etməkdə olan dövlətlərə 100 milyard ABŞ dolları məbləğində yardım etməlidirlər.

“Bu yardımlar qrantlar, təmənnasız yardım şəklində olmalıdır. Bu il Bakıda keçirilək COP-dan əsas gözlənti bu 100 milyardın yeni yuxarı hədəfinin müəyyənləşdirilməsidir. Çünki artıq qərarın qəbul edilməsinin üzərindən 15 il keçib, dünya iqtisadiyyatı dəyişib, tələblər, ehtiyaclar dəyişib, dövlətlərin də buna uyğun imkanları dəyişib” .

“Bakı COP-u artıq qərar verməlidir ki, inkişaf etmiş dövlətlər 15 ildən sonra, daha doğrusu, gələn ildən - 2025-ci ildən etibarən illik əsasda inkişaf etməkdə olan ölkələrə nə qədər yardım etsinlər” - deyə Y. Rəfiyev əlavə edib:
“COP29 sədrliyi olaraq biz bu istiqamətdə bütün dövlətlərlə yaxından işləyirik. Danışıqlar prosesinə hazırlıq gedir. İndidən mövqelərdə artıq müəyyən qədər aydınlıqlar var. Bunu ortaq nöqtəyə gətirib konsensusa çatdırmaq üçün strategiyanın üzərində çalışırıq” - deyə Y. Rəfiyev əlavə edib.

Paylaş:
125

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər