Sabirabadda qadın qətlə yetirilib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabirabadda qadın qətlə yetirilib - YENİLƏNİB

17:17 - 26 / 08 / 2024
Sabirabadda qadın qətlə yetirilib - YENİLƏNİB

Sabirabad rayonu ərazisində Avqustun 26-da1975-ci il təvəllüdlü Rəna İmanovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə 1news.az-a Sabirabad Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı 2007-ci il təvəllüdlü Ramal Qurbanlının tanışı Rəna İmanovaya bıçaqla çoxsaylı xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

"Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Ramal Qurbanlı iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam edir",- məlumatda qeyd olunub.

16:36

Sabirabad rayonunda qadın qətlə yetirlib, hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı oğlan saxlanılıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, avqustun 26-da saat 15 radələrində Sabirabad rayonu ərazisindəki evlərin birində 1975-ci il təvəllüdlü İmanova Rəna Rafiq qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

"Cinayət əməlini törətməkdə şübhəli bilinən 2007-ci il təvəllüdlü Qurbanlı Ramal Raiz oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. İlkin məlumata görə cinayət əməli tamah məqsədi ilə törədilib. Araşdırma aparılır", - məlumatda qeyd olunub.

Paylaş:
360

Son xəbərlər

Bütün xəbərlər