İmişlidə evin həyətindən çətənə kolları və 10 kiloqramdan artıq narkotik aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İmişlidə evin həyətindən çətənə kolları və 10 kiloqramdan artıq narkotik aşkarlanıb

Qafar Ağayev09:37 - 27 / 08 / 2024
İmişlidə evin həyətindən çətənə kolları və 10 kiloqramdan artıq narkotik aşkarlanıb

İmişlidə rayon sakini olan Mehti Mehtiyevin evinin həyətindən çətənə kolları və 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətyanı sahəsindən aqrotexniki qaydada qulluq edilərək yetişdirdiyi 42 ədəd çətənə kolu və 10 kiloqramdan artıq marixuana aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Paylaş:
122

Son xəbərlər

Bütün xəbərlər