Bakıda ərini bıçaqlamaqda şübhəli bilinən qadın tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda ərini bıçaqlamaqda şübhəli bilinən qadın tutulub

10:14 - 27 / 08 / 2024
Bakıda ərini bıçaqlamaqda şübhəli bilinən qadın tutulub

Avqustun 26-də saat 04 radələrində Nizami rayonu ərazisində 1979-cu il təvəllüdlü Sakit Nağıyevin xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Nizami rayon prokurorluğundan 1news.az-a verilən məlumatı görə, araşdırma zamanı 1998-ci təvəllüdlü Aynur Nağıyevanın birgə yaşadıqları evdə əri Sakit Nağıyevə kəsici-deşici əlatlə xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.

Aynur Nağıyeva iş üzrə şübhəli şəxs qismində tutulub.

Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Paylaş:
282

Son xəbərlər

Bütün xəbərlər