Sumqayıtda qardaş qardaşı bıçaqlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda qardaş qardaşı bıçaqlayıb

11:36 - 27 / 08 / 2024
Sumqayıtda qardaş qardaşı bıçaqlayıb

Sumqayıt şəhərində iki qardaş arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı onlardan birinin xəsarət alması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən 1news.az-a bildirilib ki, hadisə ilə bağlı araşdırma başlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

Paylaş:
144

Son xəbərlər

Bütün xəbərlər