Hacıqabulda restorandan heyvanlar oğurlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Hacıqabulda restorandan heyvanlar oğurlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb - FOTO

Qafar Ağayev08:46 - 28 / 08 / 2024
Hacıqabulda restorandan heyvanlar oğurlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb - FOTO

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yerləşən restoranların birindən oğurluq etməkdə şübhəli bilinən Elvin Baxşıyev və tanışı Pərviz Edilov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan 1news.az-a verilən məlumata görə, araşdırmalar zamanı onların restoranın həyətində olan tikilidən 13 baş xırdabuynuzlu heyvanları oğurladıqları məlum olub.

Onlar xırdabuynuzlu heyvanları Bərdə rayonunda satıblar. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.

Paylaş:
308

Son xəbərlər

Bütün xəbərlər