Avqust ayının bütün sosial ödənişləri yekunlaşıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Avqust ayının bütün sosial ödənişləri yekunlaşıb

Qafar Ağayev10:39 - 28 / 08 / 2024
Avqust ayının bütün sosial ödənişləri yekunlaşıb

Dövlət Sosial Müdafiə Fondu avqust ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarını bu gün tam ödəyib.

Bu barədə 1news.az-a fonddan məlumat verilib.

Qeyd olunub ki, bundan əvvəl - avqustun 9-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, avqustun 19-da isə bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin avqust ayının pensiya ödənişləri həyata keçirilib.

Beləliklə, avqust ayı üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi yekunlaşıb.

Paylaş:
234

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

19 / 07 / 2025, 13:52
Bütün xəbərlər