Universitetlərə qəbul olanlar üçün qeydiyyat başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Universitetlərə qəbul olanlar üçün qeydiyyat başlayıb

Qafar Ağayev11:06 - 28 / 08 / 2024
Universitetlərə qəbul olanlar üçün qeydiyyat başlayıb

Ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul olunanlar üçün qeydiyyat prosesi başlayıb.

1news.az xəbər verir ki, abituriyentlər sentyabrın 6-dək (saat 18:00-dək) elektron qaydada https://portal.edu.az/ vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Bu gündən həmçinin sentyabrın 2-dək boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq.

Paylaş:
321

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

19 / 07 / 2025, 13:52
Bütün xəbərlər