Parlament seçkiləri ilə bağlı ilkin nəticələrin açıqlanacağı vaxt məlum oldu
“Növbədənkənar parlament seçkiləri ilə bağlı ilkin nəticələrin operativ elan olunmasını təmin edəcəyik”.
1news.az "Seçki 2024"Müstəqil Media Mərkəzinə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.
MSK sədri qeyd edib ki, indiyədək bütün seçkilərdə ilkin nəticələrin operativ elan olunması təmin edilib.
“Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində də bu operativlik qorunacaq. İlkin nəticələrin sentyabrın 1-i gecə çatdırılmasını təmin edəcəyik. İki gün ərzində isə bizə dairələrdən protokollar veriləcək. Bu isə yekun nəticələr hesab olunacaq”, - deyə Məzahir Pənahov əlavə edib.
640