Azərbaycanın amfibiya təyyarəsi Balıkesir-Edremit istiqamətində meşə yanğınlarına cəlb edilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın amfibiya təyyarəsi Balıkesir-Edremit istiqamətində meşə yanğınlarına cəlb edilib - VİDEO

Qafar Ağayev09:25 - 29 / 08 / 2024
Azərbaycanın amfibiya təyyarəsi Balıkesir-Edremit istiqamətində meşə yanğınlarına cəlb edilib - VİDEO

Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

Bu barədə 1news.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, ötən gün ərzində təyyarə Balıkesir-Edremit istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.

Hazırda yanğınsöndürmə əməliyyatı davam etdirilir.

Paylaş:
293

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

19 / 07 / 2025, 13:52
Bütün xəbərlər