Baş redaktor: “Seçkilərdən sonra Azərbaycanın nüfuzu yeni bir səviyyəyə qalxacaq” | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş redaktor: “Seçkilərdən sonra Azərbaycanın nüfuzu yeni bir səviyyəyə qalxacaq”

Qafar Ağayev14:34 - 30 / 08 / 2024
Baş redaktor: “Seçkilərdən sonra Azərbaycanın nüfuzu yeni bir səviyyəyə qalxacaq”

"Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkiləri həm ölkə, həm də region üçün xüsusi əhəmiyyət kəsb edir. Böyük Zəfərdən sonra formalaşdırılacaq parlament ölkəmizin yeni simasını ifadə edəcək ".

1news.az xəbər verir ki, bunu "Seçki 2024" Müstəqil Media Mərkəzinə açıqlamasında "Ordu.az" saytının Baş redaktoru Şahin Qocayev bildirib.

Onun sözlərinə görə, seçkilərdən sonra ölkəmizin işğaldan azad edilmiş bölgələrində bərpa-quruculuq işlərinə diqqət daha da artırılacaq: "Seçkilərdən sonra Azərbaycanın regionda nüfuzunun yeni bir səviyyəyə qalxacağına əminik. Əslində, parlament seçkilərinin noyabr ayında Bakıda baş tutacaq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) öncə keçirilməsi də bu məqsədə xidmət edir. Azərbaycanın nüfuzlu beynəlxalq tədbirə başlamazdan öncə siyasi idarəetməsində daha güclü olmağı təmin edəcək addımlar atması məhz bundan xəbər verir".

Paylaş:
213

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər