Suraxanıda obyektdə yanğına görə bir nəfərə tibbi yardım göstərilib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Suraxanıda obyektdə yanğına görə bir nəfərə tibbi yardım göstərilib - YENİLƏNİB

Qafar Ağayev16:31 - 30 / 08 / 2024
Suraxanıda obyektdə yanğına görə bir nəfərə tibbi yardım göstərilib - YENİLƏNİB

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 14:55 radələrində Suraxanı rayonu ərazindəki obyektdə yanğın səbəbilə çağırış daxil olub.

TƏBİB-dən 1news.az-a bildirilib ki, çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub.

Qeyd olunub ki, indiyədək 1 nəfərə yerində tibbi yardım göstərilib, təcili tibbi yardım briqadaları hadisə yerindədir.

***

15:34

Bakı şəhəri, Suraxanı rayonu ərazisində obyektdə yanğın başlayıb.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Paylaş:
752

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər