Suraxanıda SOCAR-ın müəssisəsində yanğın tam söndürülüb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Suraxanıda SOCAR-ın müəssisəsində yanğın tam söndürülüb - YENİLƏNİB

17:51 - 30 / 08 / 2024
Suraxanıda SOCAR-ın müəssisəsində yanğın tam söndürülüb - YENİLƏNİB

Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.

1news.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

***

16:38

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən SOCAR-ın Neftqazelmitədqiqatlayihə İnstitutunun Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri hadisə yerinə cəlb olunub.

FHN-in Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, nazirliyin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının ətraf ərazilərə, o cümlədən yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Paylaş:
631

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər